Novruz Məmmədov onun keçmiş vəzifəsini icra edən Hikmət Hacıyev barədə DANIŞDIbackend

Novruz Məmmədov onun keçmiş vəzifəsini icra edən Hikmət Hacıyev barədə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Hikmət Hacıyev bu gün çox böyük iş görür. Fədakarlıqla gecə-gündüz işləyir. Onunla bəzən danışıram. Həqiqətən də o, fəallığı və bütün məsələlərlə bağlı izahatı ilə işinin öhdəsindən çox yaxşı gəlir”.

NOCOMMENT xəbər verir ki, bu sözləri sabiq Baş Nazir Novruz Məmmədov mediapost-a müsahibəsi zamanı deyib.

O bildirib ki, ondan sonra vəzifəyə belə bir adam gəldiyi üçün fəxr edir: “Bu gün Hikmət müəllim çox gözəl işlər görür. O, bütün dillərdə düzgün və səlis danışır. Onu çoxdan tanıyıram. Fəxr edirəm ki, məndən sonra belə adam vəzifəyə gəlib. Hikmət müəllim mürəkkəb situasiyada bu işləri yüksək səviyyədə görür və davam etdirir. Bunun üçün bilirsiniz əzm, iradə, potensial və ən əsası can sağlığı lazımdır. Mən ona uğurlar arzulayıram.

Hesab edirəm ki, hazırkı proseslərdə o öz töhfəsini yüksək səviyyədə verir. Hər zaman çıxışlarını dinləyir və Allahdan onun yolunu hər zaman işıqlı etməsini diləyirəm”.

Qeyd edək ki, hazırda Hikmət Hacıyevin icra etdiyi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini, Baş Nazir təyin edilməmişdən əvvəl Novruz Məmmədov icra edirdi.