Novruz, Ramazan və Qurban bayramları günləri açıqlandıbackend

Novruz, Ramazan və Qurban bayramları günləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərar imzalayıb.

Qərarla 2023-cü il martın 20-24-də Novruz bayramı, aprelin 21-22-də Ramazan bayramı, iyunun 28-29-da Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulan günlər iş günü hesab edilmir.