Novxanı yolunda zəncirvari qəza: Beş avtomobil toqquşdubackend

Novxanı yolunda zəncirvari qəza: Beş avtomobil toqquşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Abşeron rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Novxanı yolunda beş avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi polis mayoru Araz Əsgərli oxu.az-a bildirib ki, hadisə dünən baş verib: “Binəqədi rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində beş avtomobil toqquşub. Hadisə nəticəsində beş avtomobilə maddi ziyan dəyib”.