Novxanıda dənizdə 22 yaşlı gənc batdıbackend

Novxanıda dənizdə 22 yaşlı gənc batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizində 22 yaşlı gənc batıb.

Bu barədə NOCOMMENT.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.