Novxanıda hoteldə yanğın söndürüldübackend

Novxanıda hoteldə yanğın söndürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novxanıda oteldə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, 112 qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının “Spring” Hotel”in yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.

Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb. Yanğın söndürülüb.