Noyabra kimi həftəsonları ictimai nəqliyyat işləməyəcəkbackend

Noyabra kimi həftəsonları ictimai nəqliyyat işləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin noyabrın 2-sinə qədər uzadılması barədə qərar qəbul edilib.

NOCOMMENT xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərar həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına da şamil edilib.

Belə ki, 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.