NTV: Alman ictimai xadimləri Almaniyada ABŞ raketlərinin yerləşdirilməsinə qarşıdırbackend

NTV: Alman ictimai xadimləri Almaniyada ABŞ raketlərinin yerləşdirilməsinə qarşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın ictimai xadimləri və siyasətçiləri ABŞ-dan Almaniya ərazisində raketlərin yerləşdirilməsinə qarşı açıq məktub imzalayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə N-TV telekanalı məlumat yayıb.

“Bundestaq seçkiləri ərəfəsində sülh fəalları və alimləri Amerikanın orta mənzilli silahlarının Almaniyada yerləşdirilməsinin qarşısını almağa çağırırlar <…>, həmçinin Almaniyanın Avropanın orta mənzilli silahlarının hazırlanmasında iştirakını”, – bəyanatda deyilir.

İmzalayan tərəflərin fikrincə, Rusiya ABŞ-ın bu addımına Almaniyaya da oxşar silahlar göndərməklə cavab verə bilər.

Açıq məktubu imzalayanlar arasında siyasətçi Sahra Vaqenknext, Almaniyadakı Yevangelist Kilsə şurasının sədri Margot Kessmann, fizik və siyasətçi Ernst Ulrich von Weizsäcker və bir çox digər tanınmış simalar var.