BMT dünyadakı gərginliyin azalması istiqamətində heç bir işə yaramır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiya Xarici İşlər Nazirliyindəki diplomatiya akademiyasında çıxışı zamanı deyib.
O bildirib ki, dünyanın müxtəlif regionlarında baş verən hadisələr belə düşünməyə əsas verir.
N.Kurtulmuş söyləyib ki, yeni beynəlxalq sistemə ehtiyac var: “Hazırkı sistem problemləri həll etmək imkanına malik deyil. Artıq yeni BMT-yə ehtiyac var”.