Numan Kurtulmuş TBMM sədrliyi üçün müraciət edibbackend

Numan Kurtulmuş TBMM sədrliyi üçün müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AK Partiya sədr müavini və İstanbul millət vəkili Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədrliyinə Məclis baş katibinin namizədliyi üçün müraciət edib.

NOCOMMENT xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Baş Katibliyinə namizədliyi üçün müraciət edən Kurtulmuş jurnalistlərə açıqlamasında bu sözləri deyib: “Bu həftənin gündəliyi TBMM-nin yeni sədrinin seçilməsidir. Namizədlər müraciət edəcəklər. Bildiyiniz kimi, dünən Ədalət və İnkişaf Partiyasının TBMM qrup rəhbərləri və Milliyyətçi Hərəkat Partiyasının TBMM qrup rəhbərləri öz adlarından və partiyaları adından mənim namizədliyimi Türkiyə Böyük Millət Məclisinin sədrliyinə irəli sürdülər. Bu gün şəxsi ərizəmi təqdim etməklə parlament sədrliyi prosesinə başladıq. Bundan sonra söz 600 çox dəyərli deputata məxsusdur.

İnanıram ki, 28-ci dövr tarixi bir dövrə şahidlik edəcək Məclisdir. Məclis üzərinə düşən vəzifələri yerinə yetirəcək və Türkiyənin qanunvericilik sahəsində milli hədəflərinin reallaşması üçün güclü addımlar atmağa çalışacaq və edəcək”.