Nura Suridən nazirliyə sərt sözlər: Absurddur!backend

Nura Suridən nazirliyə sərt sözlər: Absurddur!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“6 nömrəli məktəbdə baş verən hadisəyə Elm və Təhsil Nazirliyinin verdiyi açıqlama absurd səslənir (kamera görüntüsündə təsdiqin tapmadı). Bu məsələ ciddi araşdırılmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri yazıb. Bütün məktəblərdə uşaqlar digər şagirdlər tərəfindən bulinqə məruz qaldığını deyən ifaçı bu halın həm dövlət, həm də özəl məktəblərdə yaşandığını bildirib:

“Guya ki kiməsə şikayət edərsə, deməli, o, satqındır. Bunları uşaqların beyinlərinə tiktokdakı söhbətlərlə, ya evdə aldıqları tərbiyəylə ilə yeridiblər bilmirəm. Sovetin vaxtında da var idi, hələ də var.

Rusların “Müqəvva” filmində bulinqin nə olduğunu tam aydın göstəriblər”.

Müğənni övladının bulinqə məruz qaldıqdan sonra rəqs etmədiyini qeyd edib:

“Mənim oğlum çox gözəl rəqs edirdi (2 yaşından). Sonuncu çıxışı Murad Arifin konsertində oldu, sonra da rəqsiatdı. Məktəbdə uşaqlar deyib ki, kişi rəqs etməz və sair. “Kişiyə yaraşmaz” sözü ilə ən gözəl bacardığı bir şeyi atdı.

Övladlarımı 3 yaşından idmana qoymuşdum ki, məktəbə gedəndə özlərini müdafiə edə bilsinlər. Heç vaxt zəifi əzməyiblər. Uşaqlarınızla söhbət edin, onlarla dost olmağa çalışın, hər addımlarını qınamayın”,- deyə o əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatlar yayılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə görüntülərin araşdırıldığını və təsdiqini tapmadığını açıqlayıb.