Nuray yaşayacaq: Canlı efirdə 500 min manat rekord yardım toplandı – VİDEObackend

Nuray yaşayacaq: Canlı efirdə 500 min manat rekord yardım toplandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində Əmirli Nuray Zəka qızının əməliyyatı üçün yardım kampaniyası elan olunmuşdu.

NOCOMMENT.az xəbər verir ki, bu gün verilişin canlı efirində Nuray Əmirlinin əməliyyatı üçün lazım olan rekord həcmdə yardım məbləği – 500 min AZN toplanıb.

Bu barədə məlumatı əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişinin canlı efirində elan edib.

Belə ki, leykoz xəstəliyindən əziyyət çəkən Nuraya ilik nəqli üçün 70 min dollar (120 min manat) məbləğ lazım idi.

Qeyd edək ki, kampaniya çərçivəsində yığılan əlavə vəsait xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçün istifadə ediləcək.

Məlumat üçün bildirək ki, “Bir milyona 10 uşağı xilas edək!” yardım kampaniyası sabah da davam edəcək.