Nursultan Nazarbayev HARADADIR?backend

Nursultan Nazarbayev HARADADIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beş gündür Qazaxıstan çalxalanır. Ölkədə sosial tələblə başlanan etiraz aksiyaları siyasi tələblərin irəli sürülməsi ilə nəticələnib, iğtişaşlar baş qaldırıb.

Lakin ölkənin ilk prezidenti Nursultan Nazarbayev bu müddətdə hələ ki, gözə dəyməyib. Onun hər hansı açıqlaması da yayılmayıb.

Nazarbayev haradadır?

NOCOMMENT novator-a istinadən bildirir ki, yanvarın 6-da Rusiyanın “The İnsider” internet nəşri Nursultan Nazarbayevin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olduğu barədə rəsmən təsdiqlənməmiş xəbər yayıb.

Onun Dubaya Qazaxıstandan – paytaxt Nur-Sultandan təyyarə ilə getdiyi güman edilir. Dubayda Nazarbayev ailəsinə məxsus mülklər var.

2020-ci ilin yayında Nursultan Nazarbayev Dubay xəstəxanalarının birində müalicə olunub.

1940-cı il təvəllüdlü Nursultan Nazarbayev 1989-cu ildən Qazaxıstana rəhbərlik edib, 1990-cı il aprelin 24-dən 2019-cu il martın 20-dək prezident postunu tutub.

Nursultan Nazarbayev özündən sonrakı prezidentin – Qasım-Comərd Tokayevin dövründə Təhlükəsizlik Şurasına sədrliyi davam etdirib, həmin vəzifədən 2021-ci il yanvarın 5-də uzaqlaşdırılıb.