Nüsret Gökçenin restoranına silahlı hücum olub – FOTObackend

Nüsret Gökçenin restoranına silahlı hücum olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur restoranlar şəbəkəsinin sahibi, türkiyəli Nüsret Gökçenin restoranına silahlı hücum olub.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, İstanbulun Beşiktaş səmtində yerləşən restorana doğru atəş açılıb. Motosikletlə gələn iki nəfər məkana silahlı hücum edib və qaçıb.

Hücumda ölən və yaralanan olmayıb.

Hadisə yerində aparılan araşdırma nəticəsində ərazidən 11 ədəd boş patron aşkar edilib. İş yerinə zərərin dəydiyi məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır, təhlükəsizlik kameralarının qeydləri nəzərdən keçirilir.