Nüvə riski var, ABŞ rus donanmasını vura bilər – Hərbi ekspertbackend

Nüvə riski var, ABŞ rus donanmasını vura bilər – Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Krım körpüsündə şənbə günü baş verən partlayışdan sonra təhlükəsizlik tədbirləri gücləndirilib.
 
Prezident Vladimir Putin yarımada ilə Rusiyanı birləşdirən yeganə keçidə nəzarət etməyi Federal Təhlükəsizlik Xidmətinə (FSB) tapşırıb.
Bəs Krım körpüsünün partladılması Kiyevin “qırmızı xətti” keçməsi demək idimi? Rusiya müharinənin indiki mərhələsində nüvə silahına əl ata bilərmi?
 
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən hərbi ekspert Azad İsazadə bildirib ki, körpünün partlaılması ilə istər iqtisadi, istər hərbi təminat baxımdan Krımda vəziyyət çox çətinləşəcək.
Ekspert Krım körpüsünün Rusiya üçün iki mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb:
“Birinci, hərbi-strateji əhəmiyyəti ondan ibarətdir ki, Krım vilayətindən Rusiyaya quru yolu yox idi. Ya gəmi, ya da təyyarə ilə bu təminat həyata keçirilirdi və Krımın təminatı baha başa gəlirdi. Çünki 2014-ci ildən Ukraynadan olan yol bağlanmışdı. Bu körpü vasitəsilə Krım vilayəti ərzaq, yanacaq, o cümlədən silah-sursatla təmin olunurdu. Krım körpüsünün qismən dağılmasından sonra ağır texnika avtomobil yolu ilə keçə bilmir. Qatar yolu da təmir olunacaq, amma hələ ki müvəqqəti dayandırılıb. Görürük ki, artıq Krımda yanacaqdoldurma məntəqələrində növbələr yaranıb, dükanlar boşalıb. Yarmadanın əhalisi oranı tərk edir. Hələ nələr baş verəcək, bilinmir. Camaat gəmi, yaxud təyyarə ilə qaçmağa çalışır. Krımın təminatı məsələsi çətinləşibsə, deməli istər-istəməz Xerson vilayətində yerləşən Rusiya hərbi qruplaşmalarının təminatı da ağırlaşacaq.
İkincisi, Krım körpüsü siyasi rəmz idi. Həmin körpünün açılışını Putin özü etmişdi. Həmçinin Krımı həmişəlik Rusiyaya qaytarmaqla rus ərazisi elan etmişdilər. Bu körpünün Putinin ad günündən bir neçə saat sonra, yəni, 7-dən 8-nə keçən gecə vurulması şəxsən Putinin özünə və nüfuzuna böyük zərbədir. Hesab olunurdu ki, Ukrayna ərazisindən Krımı, o cümlədən körpünü nəyləsə vurmaq mümkün deyil. Ona görə də körpünün necə vurulduğu bilinmir. Deməli, buna çoxdan hazırlıq olub və sırf 7-8-nə planlaşdırılıb. Kiyev rəsmi şəkildə bundan imtina edir. Qeyd edirlər ki, ruslar özləri nə baş verdiyini araşdırsın”.
Hərbi ekspert Kiyevin Kremlin “qırmızı xətti”ni keçməsi fikrilə razı olmadığını qeyd edib:
“Çünki Kiyev Krımı yaydan vurmağa başlayıb. Kiyev Krımda yerləşın aeroportları, hərbi aerodromları, bir neçə hərbi baza və anbarı, hətta Sevastopolda yerləşən Qara dəniz donanmasnın qərargahını da vurub. Bu səbəbdən Rusiya öz hərbi donanmasını Novorossiyskəköçürüb. Yəni , “qırmızı xətt” hələ o vaxt keçilmişdi. Rusiya da həmin vaxt Kiyev və digər şəhərlərdə mülki obyektləri raketlərlə dağıtmağa başladı”.
A.İsazadə əlavə edib ki, Rusiyanın Ukraynaya nüvə silahı atacağı ilə bağlı risk var, amma o qədər də yüksək deyil:
“Nüvə silahı Rusiyanın əlində yeganə vasitə kimi qalıb. O da hamını hədələyir. Nüvə silahından istifadə etsə, artıq Rusiyanın əlində heç bir aləti qalmayacaq. Çünki qalan bütün növ silahlardan istifadə edib. Nüvə silahı atandan sonra heç bir nəticə əldə eləməsə, Rusiya çarəsiz vəziyyətə düşəcək. Bununla da öz acizliyini nümayiş edəcək, həmçinin Qərb adekvat cavab verəcəyini bildirib. Hətta ABŞ-ın keçmiş generalları açıqlama vermişdilər ki, Qara dəniz donanması məhv olacaq. Digər xəbərdarlıq isə ondan ibarət idi ki, bütün Ukrayna cəbhəsində yerləşən hərbi qüvvələrə zərbə vurulacaq. Bura Rusiya ərazisi olmadığı üçün Kreml ABŞ-a Rusiya ərazisini vurmusan deyə bilməz. Rus qoşunları və donanma işğal olunmuş ərazidə yerləşir. ABŞ sakitcə bunları vura bilər. Əlində də əsas odur ki, məhz əvvəlcədən xəbərdarlıq edib. Düzdür, nüvə riski az deyil. Lakin bu gün heç kim, hətta Putinin özü də nüvə silahından istifadə edib-etməyəcəyini bilmir. Ona görə çox faciəvi bir vəziyyət yaranıb”.