Nüvə silahına nüvə silahı ilə cavab verəcəyik – Kim Çen İnbackend

Nüvə silahına nüvə silahı ilə cavab verəcəyik – Kim Çen İn

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In Koreya yarımadası və ətraflarında tez-tez genişmiqyaslı hərbi təlimlər təşkil edən ABŞ və Cənubi Koreya ilə mübarizəni davam etdirəcəklərini bəyan edərək, nüvə silahına nüvə silahı ilə cavab verəcəklərini bildirib.

NOCOMMENT xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In dünənki qitələrarası ballistik raket sınağından sonra açıqlama verib.

Təlimə şəxsən nəzarət edən Kim, uzunmüddətli təhlükəsizlik siyasətlərində heç bir dəyişiklik olmadığını ifadə edərək, “nüvə müharibəsinin qarşısının alınmasını geri dönməz şəkildə gücləndirərək düşmənlərə qorxu aşılamaq və insanların dinc həyatını təmin etmək” lazım olduğunu vurğulayıb.

Şimali Koreyaya açıq düşmənçilik bəsləyən, Koreya yarımadası və ətraflarında tez-tez genişmiqyaslı hərbi təlimlər təşkil edən ABŞ və Cənubi Koreya ilə mübarizəni davam etdirəcəklərini qeyd edən Kim, düşmənə qarşı siyasətlərinin başa düşülməsi lazım olduğunu söyləyib.