Nüvə silahları ilə bağlı riskləri azaltmaq üçün təcili hərəkətbackend

Nüvə silahları ilə bağlı riskləri azaltmaq üçün təcili hərəkət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini elan etdikdən sonra İsveçrə nüvə silahları ilə bağlı bütün riskləri azaltmaq üçün təcili tədbirlər görməyə çağırıb.

NOCOMMENT xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi öz Twitter hesabında məlumat yayıb.

Nüvə müharibəsinin heç vaxt qalib gələ bilməyəcəyini və qalib gəlməməli olduğunu vurğulayan yazıda gərginlikdən qaçınmaq çağırışı da yer alıb. Rusiya prezidenti Vladimir Putin martın 25-də Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edərək,  bunu nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəlikləri pozmadan edəcəklərini qeyd edib.

NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını “məsuliyyətsiz addım” hesab etdiklərini bildiriblər.

Ukrayna Xarici İşlər Nazirliyi də Putinin qərarı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini istəyib.