Nüvə təhlükəsi yenidən gündəmdə – Putinə sərt reaksiyabackend

Nüvə təhlükəsi yenidən gündəmdə – Putinə sərt reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan edərək, Donbas, Zaporojye və Xerson vilayətlərinin müstəqillik qərarlarını dəstəklədiklərini bildirib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən bildirir ki, səfərbərlik üçün yalnız müəyyən təcrübəyə malik vətəndaşların hərbi xidmətə çağırılacağını bildirən Putin yalnız ehtiyatda olan və xüsusilə də orduda xidmət etmiş, müəyyən hərbi stajı və müvafiq təcrübəsi olan vətəndaşların orduya çağırılacağını bildirib. Orduya cəlb olunanlar xüsusi hərbi əməliyyat təcrübəsinə uyğun olaraq əlavə hərbi təhsil alacaqlar.

NATO Baş katibi Stoltenberg Rusiya lideri Putinin qismən səfərbərlik elan edərək, “Ərazi bütövlüyümüzü qorumaq üçün hər cür silahdan istifadə edəcəyik.” sözlərinə sərt reaksiya verib.

“Putin çox təhlükəli ritorikadan istifadə edir, o, nüvə müharibəsində qalib gələ bilməz”, – bu sözləri Stoltenberq öz çıxışında bildirib.

Putin “Qərb bizi məhv etmək istəyir. Ərazi bütövlüyümüzü qorumaq üçün hər cür silahdan istifadə edəcəyik” sözləri ilə Qərbə nüvə təhdidi bildirir.

Ukrayna lideri Zelenski: “Qərb Putinin şantajına uymamalıdır. Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmıram. Putin Ukraynanı öz əsgərlərinin qanında boğmaq istəyir. Əminəm ki, biz öz ərazimizdəki torpaqları azad edəcəyik” cavabını verib.
Sfera.az