NYT: Amerikalı müşahidəçilərin iştirakı təlimləri diqqət mərkəzinə gətirdibackend

NYT: Amerikalı müşahidəçilərin iştirakı təlimləri diqqət mərkəzinə gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müşahidəçilərinin Rusiya və Belarus Silahlı Qüvvələrinin “Qərb-2025” adlı birgə təlimlərinə qatılması gözlənilməz hadisə olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın The New York Times qəzeti məlumat yayıb.

Qəzet yazır: “Amerikalıların iştirakı hadisələrin diqqətəlayiq bir dönüşünə çevrildi. Dörd ildən bir keçirilən təlimlər əvvəlcə Rusiyanın NATO üzvü olan ölkənin, ən güclü üzvü ABŞ olmaqla, hücumdan necə qorunacağını nümayiş etdirmək üçün nəzərdə tutulmuşdu”.

Məlumata görə, təlimlərdə NYT jurnalisti iştirak edib. Jurnalist müşahidəçilərlə danışmaq istəsə də, onlar müsahibədən imtina edib. Belarus Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ-ı təmsil edən şəxslərdən biri ölkədəki Amerika səfirliyinin hərbi attaşesi, podpolkovnik Brayan Patrik Şoup olub.