Alyaskada keçiriləcək Rusiya-Amerika sammiti ərəfəsində Avropa ölkələrinin nümayəndələri ABŞ prezidenti Donald Trampı onların mövqelərini nəzərə almağa çağırıblar.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Avropalı liderlər bildiriblər ki, Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair sazişlər Kiyev üçün təhlükəsizlik təminatları, eləcə də Ukraynanın NATO-ya daxil olması imkanını təmin etməlidir.
Belə ki, bu mövqe avropalıların Kiyev hakimiyyəti və Amerika administrasiyasının nümayəndələri ilə Böyük Britaniyada keçirilən görüşündə səsləndirilib, Aİ isə hazırda praktiki görünməsə də, Kiyevin NATO-ya qoşulma imkanında təkid edir.
Bundan əlavə, görüşdə avropalı nümayəndələr təkid ediblər ki, Ukrayna hakimiyyəti və Avropa olmadan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair heç bir razılaşma əldə olunmasın.
Aİ nümayəndələri də ərazi məsələlərinə dair danışıqlardan əvvəl atəşkəsin yaradılmasını istəyiblər.