İsrail və ya ABŞ Tehranın yəhudi dövlətinin ərazisinə kütləvi hücumuna cavab vermək qərarına gələrsə, İranda yüzlərlə raket hazır vəziyyətdədir.
NOCOMMENT.az xəbər verir ki, bu məlumatı “The New York Times” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki nümayəndəsinə istinadən yayıb.
“İran ordusu İsrail və ya onun əsas müttəfiqi ABŞ-ın cavab olaraq zərbə endirəcəyi təqdirdə, onları buraxmaq üçün yüzlərlə raket hazırlayıb”, – RİA Novosti mesajın mətnindən sitat gətirir.