Yeni partlayış dalğasından qorxan livanlılar yeni hadisələrdən qorxaraq telefon və digər cihazları söndürməyə başlayıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə New York Times məlumat yayıb.
Nəşrin məlumatına görə, livanlılar invertorları və günəş panellərini də söndürüblər. İndi ölkə sakinləri hətta uşaq monitorlarından, televizorlardan və noutbuklardan belə şübhələnirlər.
Qəzet əlavə edib ki, peycerlərin partlaması ölkədə əsl panika dalğasına səbəb olub və yerli əhalinin gündəlik həyatını zorakılıq səhnəsinə çevirib. Bundan əlavə, hücumlar Livanın səhiyyə sisteminə də zərbə vurub, çünki xəstəxanalar qurbanlarla doludur.
Bununla yanaşı, nəşr aydınlaşdırır ki, İsrail “Hizbullah” hərəkatına qarşı müharibəyə getdikcə daha çox vəsait ayırır, diqqətini Qəzza zolağındakı münaqişədən bu istiqamətə yönəldir.