Nyu York və Berlindən Türkiyəyə dəstək mesajıbackend

Nyu York və Berlindən Türkiyəyə dəstək mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin 11 vilayətində baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra dünyanın hər yerindən Türkiyəyə dəstək mesajları gəlməyə davam edir.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın Nyu York şəhərindəki “Times” Meydanında Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin xatirəsinə rəqəmsal lövhədə müxtəlif mesajlar nümayiş etdirilib.

Lövhələrdəki mesajlarda “Türkiyə hər zamankindən daha çox birləşib” və “Türkiyə dəstəyinizə görə minnətdardır” kimi ifadələr yer alıb.

Almaniyanın paytaxtı Berlində isə zəlzələlərdə həyatını itirənlər üçün anım və dua tədbiri keçirilib.