Nyu-Yorkda hərbi gəmi Bruklin körpüsünə çırpılıb, 2 nəfər ölüb, 17 nəfər yaralanıbbackend

Nyu-Yorkda hərbi gəmi Bruklin körpüsünə çırpılıb, 2 nəfər ölüb, 17 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təlim gəmisi Bruklin körpüsünə çırpılıb, 2 nəfər həlak olub, daha 17 nəfər yaralanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə bu gün Nyu-York meri Erik Adams məlumat verib.

“Sosial şəbəkə X-də paylaşım edən Adams yazıb: “Bu axşam Meksika Hərbi Dəniz Qüvvələrinin böyük yelkənli ‘Kuautemok’ gəmisi idarəni itirərək Bruklin körpüsünə çırpılıb. Gəmidə olan 277 nəfərdən 19-u xəsarət alıb. Onlardan 2-nin vəziyyəti kritikdir, 2 nəfər isə təəssüf ki, aldığı xəsarətlərdən həyatını itirib”.