Nyu Yorkda naməlum şəxs sığorta şirkətinin rəhbərini güllələyibbackend

Nyu Yorkda naməlum şəxs sığorta şirkətinin rəhbərini güllələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin “UnitedHealthcare” sığorta şirkətinin baş icraçı direktoru, 50 yaşlı Brayan Tompson Nyu Yorkda güllələnib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The New York Post” (NYP) polisdəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qətl dekabrın 4-də səhər saatlarında Manhettendəki “Hilton” hotelinin yaxınlığında baş verib.

Qeyd olunur ki, naməlum şəxs Tomsona atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Digər təfərrüatlar hələlik verilməyib.