Nyu-Yorkda partlayış təhlükəsi səbəbindən iki sinaqoqun təxliyəsi elan edilibbackend

Nyu-Yorkda partlayış təhlükəsi səbəbindən iki sinaqoqun təxliyəsi elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Nyu-York şəhərində iki sinaqoq partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti şəhər polisinə istinadən məlumat verib.

Mənbənin məlumatına görə, hüquq-mühafizə orqanlarına bomba təhlükəsi barədə məlumat şənbə günü yerli vaxtla 15:15 və 16:30 radələrində (Moskva vaxtı ilə 22:15 və 23:30) daxil olub.

Nəticədə, polis əməkdaşları sinaqoqlarla bağlı təhdidlərlə konkret kimin zəng etdiyini müəyyən etmək üçün hadisə ilə bağlı araşdırmaya başlayıblar.