Nyu-Yorkdakı Türkevinə hücum edən şəxsin türk olduğu ortaya çıxdıbackend

Nyu-Yorkdakı Türkevinə hücum edən şəxsin türk olduğu ortaya çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Nyu Yorkdakı Türkevinə dəmir lomla hücum edərək binanın birinci mərtəbəsindəki pəncərələri sındıran şəxsin türk olduğu ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, binaya hücum edən şəxsin Türkiyədən Nyu Yorka gələn türk olduğu öyrənilib.

Xarici işlər naziri Çavuşoğlu, “Onun tutulması an məsələsidir” deyə açıqlama verib.

Mayın 22-də səhər saatlarında Türkevinə edilən hücumdan sonra Nyu York polisi binanın ətrafında təhlükəsizlik zolağı çəkərək araşdırmalara başlayıb.

Ancaq polis hücumçunun tutulub-tutulmadığını açıqlamayıb.

Türkevinə hücumla bağlı canlı yayımda açıqlama verən daxili işlər naziri Süleyman Soylu qeyd edib: “Türkevinə hücum edən şəxsin kimliyini Türkiyədən müəyyən edərək ABŞ səlahiyyətlilərinə verdik.Onun Türkiyəni hansı tarixdə tərk etdiyini öyrəndik”.

NOCOMMENT.AZ