Nyu Yorkdakı Türkevinə HÜCUMbackend

Nyu Yorkdakı Türkevinə HÜCUM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-York Baş Konsulluğunun yerləşdiyi Türkevi binasına hücum edilib.

NOCOMMENT.az xəbər verir ki, Naməlum şəxs əlində dəmir lomla Türkevi binasının aşağı mərtəbəsində bəzi pəncərələri sındırıb.

Türkevi ətrafında təhlükəsizlik zolağı çəkən Nyu York Polisi hadisə ilə bağlı araşdırma başladıb.

Türkiyənin Nyu Yorkdakı baş konsulu Reyhan Özgür səhər saatlarında Türkevinə edilən hücumda yalnız zərərin olduğunu, xəsarət alan olmadığını açıqlayıb.

NOCOMMENT.AZ