“Nyukasl”dan erkən qollar – Canlı-Yenilənirbackend

“Nyukasl”dan erkən qollar – Canlı-Yenilənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.

NOCOMMENT.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri “Nyukasl” klubu ilə qarşılaşıb.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Matç saat 21:45-də start götürüb.

“Qarabağ” üçün yuxu kimi keçən ÇL mövsümü böyük ölçüdə başa çatıb. Ağdam təmsilçisi rəqibinə 1:6 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması fevralın 25-də baş tutacaq.

UEFA Çempionlar Liqası

Pley-off

“Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə) 1:6

Qol: E. Qordon, 3, 32, 33, 45, M. Tşau, 8, E. Cəfərquliyev, 56, Y. Mörfi, 72
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45

Baş hakim: Espen Eskas
Baş hakimin köməkçiləri: Yan Erik Enqan, İsaak Elias Başevkin
Dördüncü hakim: Siqurd Krinqstad
(Hakimlər briqadası Norveçdəndir)
VAR: Rob Dieperink (Niderland)
AVAR: Dennis Hiqler (Niderland)

Apasport.az