O, dərsin ortasında müəllimini bıçaqlayaraq öldürdübackend

O, dərsin ortasında müəllimini bıçaqlayaraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Saint-Jean-de-Luz şəhərində orta məktəbdə ruhi xəstə olduğu aşkarlanan 16 yaşlı şagird sinifdə dərs deyən müəllimini bıçaqla qətlə yetirib.

NOCOMMENT xəbər verir ki, onun bıçaqladığı müəllim dünyasını dəyişib. Polis qruplarının işi nəticəsində yaxalanan qətl şübhəlisi ifadəsində “tutulduğunu” bildirən və müəllimə hücum etməyi tapşıran səslər eşitdiyini bildirib.

Fransanın Saint-Jean-de-Luz şəhərində şəhəri sərinləyən hadisə baş verib. Şəhərin Saint-Tomas d’Aquin liseyində ispan dili müəllimi dərs dediyi zaman sinifə girən 16 yaşlı şagird tərəfindən bıçaqlanaraq öldürülüb. Hücumdan sonra o, təşviş içində məktəbdən qaçıb.