Ölkəmiz növbəti qapanmaya dözməyəcək – Qaribaşvilibackend

Ölkəmiz növbəti qapanmaya dözməyəcəkQaribaşvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim ölkə yeni qapanmaya dözməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hökumət yeni qapanmaya getsə, dözülməz vəziyyət yaranacaq:

“Əvvəlcədən bəyanat vermək istəyirəm. İstəmirəm ki, bu baş versin. Bunun üzərinə əlavə borc almağımız da gələcək ki, bu da ölkənin belində yük olacaq. Bir daha bildirmək istəyirəm ki, bizim vaksinasiyanı maksimal dərəcədə sürətli aparmaq üçün imkanlarımız var və 2-3 aya 1,5 milyon vətəndaşı peyvəndləyə bilərik”. /Axar.az