“O “moşennik” niyə icra başçısı olmalıdır?” – Hafiz Hacıyev əsəbləşdibackend

“O “moşennik” niyə icra başçısı olmalıdır?” – Hafiz Hacıyev əsəbləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev son 6 ayın yekunları barədə dəyirmi masa ətrafında nazirlərlə görüş keçirib.

NOCOMMENT.az xəbər verir ki, görüşdə ölkə rəhbəri bir daha məmurlara əhalinin aztəminatlı təbəqi ilə bağlı diqqətli olmağı tövsiyyə edib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prezidentin görüşdəki həmin çıxışını Yenisabah-a dəyərləndirib:

“Cənab prezidentin dünənki müşavirədə etdiyi çıxışı diqqətlə izlədim. Çox təqdirəlayiq çıxış idi. Cənab prezident hər zaman tapşırıq verir, çox təəssüf ki, o nazirlər, onun qabağında oturanların bəziləri yenə öz bildiklərini edirlər. Dəfələrlə cənab prezident deyib ki, şəhid ailələri, qazilərə qayğı göstərilməlidir. Baxaq görək o qayğı göstərilirmi? Məsələn, niyə bu günə qədər Sabirabad rayonu icra hakimiyyətinin o “moşennik” başçısı o kürsüdə oturmalıdır? Ümumiyyətlə, o “moşennik” niyə icra başçısı olmalıdır? Bu məsələlər araşdırılmalıdır. Prezidentin qarşısında oturan bir çox məmurlara daha söz təsir etmir. Onların xalqla işləmək limiti tükənib. Axı mümkün deyil onlar gördüyü işlərlə dövlət başçısının üzünü ağ eləsinlər. Sağ olsun, Mikayıl müəllim çox gözəl və hərtərəfli çıxış elədi. Müəyyən işlər görülsə də, görülməyən işlər də var. Buna baxmayaraq cənab prezident özü də qeyd etdi ki, nə qədər gözəl işlər görülüb, uğurlu layihələr həyata keçirilib. İndi bunları həyata keçirmək və xalqın bundan bəhrələnməsini təmin etmək lazımdı. Amam həmin məmurların bəziləri hələ də sözü qulaqardına vururlar”.

Partiya sədri deyib ki, bəzi məmurlar onlara göstərilən etimadı doğrultmur. Hafiz Hacıyev onların özlərinə etimadsızlıq göstərilməsinin vacibliyini bildirib:

“Bəzi məmurlar xalqın gözü qarşısında yalan danışır. Prezident də bunu gördüyü anda ciddi tədbir görür. Buna baxmayaraq, gördüyünüz kimi iqtisadi sahədə müəyyən irəliləyişlər var. Mikayıl müəllim də görülən işlərdən nümunələr gətirərək prezidenti qürurlandırdı. Son olaraq qeyd eləməliyəm ki, cənab prezidentin çıxışı çox yüksək səviyyədə idi və qiymətəlayiqdir. Verilən tövsiyələrə əməl olunsa, Azərbaycan indikindən qat-qat güclü dövlət olar”.