Obama yeni şirkət qururbackend

Obama yeni şirkət qurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama uşaqlar üçün sağlam qida və içki istehsal etməyi hədəfləyən yeni şirkət qurduğunu açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Nyu-Yorkda keçirilən konfransda çıxış edən Mişel Obama şirkətin “PLEZi Nutrition” adlı məhsullarının şəkərin daha az və daha zəngin qida maddələrinə malik olacağı üçün uzunmüddətli perspektivdə uşaqların sağlamlığına daha az zərər verəcəyini bildirib.

Bu sahədə dəyişiklik etmək üçün kənardan çalışaraq fərq yaratmağın mümkün olmadığını öyrəndiyini ifadə edən Obama, sektor daxilində işləmək və qida sənayesini dəyişdirmək üçün fərqli yolların axtarılması lazım olduğunu ifadə etdi.
Bu şirkətlə təkcə sağlam məhsullar istehsal etməyi hədəfləmədiyini qeyd edən Obama, qida sənayesini daha sağlam edəcək bir yarışa başlamağa da ümid etdiyini bildirib.

ABŞ-da uşaqların tövsiyə ediləndən çox şəkər istehlak etdiyini və kifayət qədər qida almadığını vurğulayan Obama, PLEZi Nutrition şirkəti vasitəsilə uşaqların qidalanmasını yaxşılaşdırmağı hədəflədiyini bildirib.
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama ölkədə aktiv və sağlam həyat tərzini təbliğ etmək üçün 2010-cu ildə “Hərəkət edək” təşəbbüsü ilə çıxış edib.