Ödəmə terminalından 13 min manat oğurlandıbackend

Ödəmə terminalından 13 min manat oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonunda yerləşən marketlərin birində quraşdırılan ödəmə terminalından 13 min manatdan artıq pul və digər əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş H.Ovçiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.\\Valyuta.az