Ödənişsiz onlayn sınaq imtahanlarına yazılış sayı yüz mini keçibbackend

Ödənişsiz onlayn sınaq imtahanlarına yazılış sayı yüz mini keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

NOCOMMENT.az-ın məlumatına əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 34585 istifadəçi tərəfindən 100708 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Qeyd edək ki, portalda 4-cü sinifdən başlayaraq fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların da mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək mümkündür.

Fənlər və siniflər üzrə sınaq imtahanlarına yazılmaqla şagirdlər seçdikləri sinif və fənnin mündəricatında olan hər bir mövzu üzrə biliklərini ayrı-ayrılıqda yoxlaya bilərlər. Hər mövzu üzrə 10 test tapşırığı təqdim olunur. Bundan əlavə, həmin sinif üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür.