Odessada partlayış səsləri eşidildibackend

Odessada partlayış səsləri eşidildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Odessa vilayətində partlayışlar baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” agentliyi məlumat yayıb.

Əhalinin xəbərdar edilməsi üzrə rəsmi mənbənin məlumatına görə, hazırda Odessa vilayətində hava hücumu xəbərdarlığı qüvvədədir.

Bundan əvvəl Ukrayna hakimiyyətinin nəzarətində olan Xersonda partlayışlar baş verib.

Martın 9-da Dnepropetrovsk, Xarkov, Nikolayev və Kirovoqrad vilayətlərində həyəcan təbili çalıb. Bundan əvvəl bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilmişdi.