Odessada partlayışlar baş veribbackend

Odessada partlayışlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın cənubundakı Odessada partlayışlar baş verib.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Nəşr hər hansı təfərrüat verməyib. Qeyd olunur ki, Nikolaev, Odessa və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

Fevralın 9-da axşam saatlarında Dnepr çayı yaxınlığındakı Xerson şəhərində Ukrayna hakimiyyətinin sahilyanı ərazilərində silsilə partlayışların qeydə alındığı bildirilib.

Həmin gün Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Kuybışevski rayonunun Zelenopol kəndinə hücum edib, məktəbə və kilsəyə raket zərbələri endirib.