Oğlu tərəfindən bıçaqlanan kişi ölübbackend

Oğlu tərəfindən bıçaqlanan kişi ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğlunun bıçaqladığı ata xəstəxanada dünyasını dəyişib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Yevlaxın Havarlı kəndində 1959-cu il təvəllüdlü kənd sakini Talıbov Hüsü Qara oğlu ailə münaqişəsi zəminində 36 yaşlı oğlu tərəfindən bıçaqlanıb.

Ötən gün baş verən hadisə nəticəsində 10-dan çox bıçaq yarası alan H. Talıbov xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicə alan xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.