Oğru: Çay içməyə gəlmişdim – VİDEObackend

Oğru: Çay içməyə gəlmişdim – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda, Bayrampaşa rayonunun İsmətpaşa məhəlləsində maraqlı hadisə yaşanıb. Verilən məlumata görə, öncəki gün saat 2 radələrində şübhəli şəxs oğurluq üçün bir binaya girmək istəyib. Bu məqsədlə yağış borularından yapışaraq “hörümçək adam” kimi yuxarı dırmaşıb. Lakin pəncərədən içəri girə bilməyib və geri qayıtmağa qərar verib. Lakin aşağıya endiyi zaman dəmir barmaqlıqlara ilişib. Xilas olmaq üçün çabaladığı zaman onun səsinə ev sahibi oyanıb.

Ev sahibinin: “Sən kimsən? Burada nə işin var?” – sualına oğru qəribə cavab verib.

“Üst qonşuyam çay içməyə gəldim”, – deyə o, hərəkətini açıqlamağa çalışıb.

Ev sahibləri oğrunu tutaraq döyməyə başlayıblar. Lakin bir müddət sonra oğru onların əlindən qurtulub qaçmağa nail olub.

Ev sahiblərinin şikayəti ilə hadisə yerinə gələn polis qrupları oğurluq edən şəxsin tapılması üçün ərazidə axtarış tədbirlərinə başlayıb.