Oğurluğa görə işdən çıxarılan xəstəxana direktorunun yerinə təyinat olub – VİDEObackend

Oğurluğa görə işdən çıxarılan xəstəxana direktorunun yerinə təyinat olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib. İ.Ramizoğlu indiyədək həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.

Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizovun marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayılıb. O, ötən gün öz ərizəsi ilə vəzifəsindən azad olunub.