Oğurluq hallarında böyük artımbackend

Oğurluq hallarında böyük artım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada qiymətlərin artması və maliyyə çətinliklərinin artması ilə son aylarda oğurluq hadisələrində çox ciddi artım olduğu açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Belçikanın “La Derniere Heure” mətbuat orqanının dərc etdiyi statistikaya əsasən, ölkədə gündə təxminən 200 oğurluq hadisəsi qeydə alınır.

Bu ilin ilk iki ayında oğurluqlar Antverpendə 115 faiz, Şərqi Flamandda 92 faiz, Limburqda isə 90 faiz artıb. Paytaxt Brüsseldə isə bu artım yüzdə 32 olub.

Mütəxəssislər oğurluq hallarının artmasını son vaxtlar enerji və ərzaq məhsullarının qiymətlərinin artmasının yaratdığı maliyyə çətinlikləri ilə əlaqələndirirlər.

Verisure təhlükəsizlik şirkətinin rəsmisi Maelle Çarlz “Alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə birlikdə maliyyə çətinlikləri də artıb. Bəzi ailələr ayın sonuna çata bilmir və oğurluğa əl ata bilər. Belçikada oğurluq o qədər də ağır cinayət hesab edilmir. Ona görə də insanlar oğurluğa meylli ola bilər, ” dedi.