Oğuzda futbol oynayaraq karantin rejimini pozanlar cərimələnibbackend

Oğuzda futbol oynayaraq karantin rejimini pozanlar cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq futbol oynadıqlarını müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan NOCOMMENT.az-a verilən məlumata görə, həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.