Oğuzda yaşlı kişi meşədə intihar edibbackend

Oğuzda yaşlı kişi meşədə intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz rayon sakini intihar edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib.

Belə ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Əfqan Emin oğlu Rəşidovun meyiti ağacdan asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.