Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır – FOTObackend

Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz rayonunun Calud kəndinin yolu uzun müddətdir təmir edilmədiyindən yararsız vəziyyətə düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”un Şimal-qərb bürosuna kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, Calud rayon mərkəzindən cəmi 4 kilometr məsafədə yerləşsə də, kənd yoluna sonuncu dəfə ötən əsrin 90-cı illərində asfalt salınıb. 2 min 300 nəfərdən artıq əhalinin yaşadığı kəndin sakinləri yolun nə vaxt təmir olunacağına dair suala cavab ala bilmirlər.

Kənd sakini Vilayət Həsənov “Report”un yerli bürosuna bildirib ki, 1989-cu ildən məskunlaşdığı kəndin yolunda əsaslı təmir işləri aparılmayıb:

“Yağış yağanda gah traktor salırlar, gah da yamaq vururlar, ancaq sel yenə də yolu yuyub aparır. Yolun vəziyyəti ildən-ilə pisləşir, sürücülər maşınlarını həftədə bir dəfə təmirə aparmaq məcburiyyətində qalıb. 2020-ci ildən bu günə qədər dəfələrlə vəd verilsə də, yol indiyədək abadlaşdırılmayıb”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli “Report”un yerli bürosuna açıqlamasında deyib ki, Oğuz rayonunun Mollalı-Dəymədərə-Yemişənli-Qarabaldır-Calud-Malıx avtomobil yolunun yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində nəzərdə tutulub:

“Altı yaşayış məntəqəsini əhatə edən həmin yolun uzunluğu 32 kilometrdir. Yolun yenidən qurulması ilə bağlı maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrılan kimi avtomobil yolu agentliyimiz tərəfindən əsaslı şəkildə yenidən qurulacaq.