Ohanyan: Azərbaycan Ermənistanda sülh illüziyası yarada bilibbackend

Ohanyan: Azərbaycan Ermənistanda sülh illüziyası yarada bilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2020-ci ildə Ermənistanın məğlubiyyətindən sonra sərhəddə, xüsusilə, Geğarkunik-Sünik (Göyçə-Zəngəzur) hissəsində gərginlik davam edir. Bütün bunlar Ermənistan hakimiyyətinin məğlubiyyət siyasəti ilə barışmasının nəticəsidir”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində “Hayastan” fraksiyasının üzvü, sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.

“Beynəlxalq təcrübə göstərir ki, məğlub güc həmişə diktə altında olur. Azərbaycan Ermənistanda hakimiyyətində sülh illüziyası yarada bilib.

İrəvan-Gorus avtomobil yolu azərbaycanlıların tam nəzarətindədir. Türkiyə-Azərbaycan tandemi kommunikasiyaların açılması ilə Zəngəzur dəhlizi ideyasını gerçəkləşdirmək istəyirlər. Bu isə Ermənistan və “Artsax”ın daha dərin blokadasına, iqtisadi təzyiqə və demoqrafik mənzərənin dəyişməsinə gətirib çıxaracaq”, – deyə o əlavə edib.

Deputat qeyd edib ki, Ermənistan hakimiyyəti yaranmış reallıqdan heç bir nəticə çıxarmayıb: “Ermənistan hakimiyyəti müharibəni savadsızcasına idarə edib, bütün resursları səfərbər olunmayıb. Nəticədə, qoşunlarımız Sünik və Geğarkunikdəki (Zəngəzur-Göyçə) mövqelərindən əsassız əmrlə geri çəkildilər. Bu, Azərbaycanın təzyiqlərini davam etdirməsinə şərait yaradıb”.

Seyran Ohanyanın sözlərinə görə, Ermənistan hakimiyyəti müharibəyə və ondan sonra yaranmış vəziyyətə real qiymət verə bilməyib: “Onlar strateji baxış keçirmədən sərhədlərin mühafizəsinə Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin müvafiq bölmələrinin cəlb edilməsi barədə qərar qəbul ediblər. Bu cür qərarların qəbulu üçün bir neçə saat yox, əksinə, ən mühüm strateji istiqamətlərdə belə qərarların həyata keçirilməsi üçün bir neçə gün lazımdır”.