Ohanyan: Bakı ilə danışıqlar üçün Nikol zəifdir…backend

Ohanyan: Bakı ilə danışıqlar üçün Nikol zəifdir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistana hakimiyyət dəyişikliyi lazımdır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu məhkəmə qarşısına toplaşan jurnalistlərə açıqlamasında Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, hazırkı hakimiyyət zəifdir və Azərbaycanın təsirinə asanlıqla düşür: “Bu hakimiyyət getməlidir və mən bunu yaxşı həyata görə demirəm. Onlar zəifdirlər. Bizə bu şəraitdə güclü hakimiyyət lazımdır ki, düşmənlə cəsarətli danışsın”.

Onun fikrincə, Ermənistan vətəndaşları kommunikasiyaların açılması ilə bağlı həddindən artıq həvəsə düşüblər. Ancaq bu yolların açılması Azərbaycanla sülh müqaviləsi olsaydı, daha təsirli olardı. Lakin Türkiyə-Azərbaycan tandeminin qələbəsini nəzərə alsaq, yolların açılması bu tandemin aqressiv iqtisadi və demoqrafik genişlənməsinə gətirib çıxaracaq, Ohanyan buna əmindir.

Sonda keçmiş müdafiə naziri Qarsda planlaşdırılan Türkiyə-Azərbaycan təlimlərini xatırladıb, bunun Ermənistana və digər bölgə ölkələrinə, o cümlədən Gürcüstan və Rusiyaya psixoloji təzyiq kimi qiymətləndirib.