Oksford: Yaşıl enerji 5 ildən sonra Aİ-də Rusiya qazını əvəz edə bilərbackend

Oksford: Yaşıl enerji 5 ildən sonra Aİ-də Rusiya qazını əvəz edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablamalara görə, Avropa İttifaqında (Aİ) yaşıl enerji 2028-ci ilə qədər Rusiya təbii qazını 811 milyard avro sərmayə ilə əvəz edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oksford Universitetinin Smis Biznes və Ətraf Mühit Məktəbi ilə əlaqəli Oksford Davamlı Maliyyə Qrupunun yeni hesabatında qeyd olunub.

Məlumata görə Aİ-nin 2028-ci ilə qədər Rusiya qazından asılılığına son qoyması üçün 811 milyard avro lazımdır.

Bu məbləğə Avropa Yaşıl Sazişinin bir hissəsi kimi təmiz enerjiyə planlaşdırılan 299 milyard avro xərc və bərpa olunan enerji və istilik nasosları üçün tələb olunan əlavə 512 milyard avro daxildir.

NOCOMMENT.AZ