Oksigen aparatına qoşulanların ölüm faizi niyə çoxdur?backend

Oksigen aparatına qoşulanların ölüm faizi niyə çoxdur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəsətələrin oksigen maskası, süni tənəffüs aparatı və digər oksigenverici vasitələrə keçirilməsi zərurətdən edilir. Oksigen saturasiyası azalırsa və onun uzun müddət tənzimlənilməsinə ehtiyac yaranırsa, xəstə.yə oksigen verilməsi seçimi yaranır.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri  tibb elmləri doktoru, professor Adil Qeybulla insanlarda süni nəfəs aparatına qoşulmaq narahatlığı haqda danışarkən deyib.

O bildirib ki, xəstələrin süni tənəffüs aparatına qoşulması heç də bu xəstənin öləcəyindən xəbər vermir:

“Heç bir xəstə boşuna aparata qoşulmur. Beyin və ürəyin daim oksigenə ehtiyacı var. Beyin daim düşünür və ürək əzələsi dayanmadan işləyir. Beyin sadəcə 6 dəqiqə müddətində oksigensiz qala bilər. Saturasiya aşağı olduqda daxili vacib orqanlarda degenerativ proseslər baş verir. Bunun qarşısını almaq üçün xəstələr süni tənəffüs aparıtına qoşulur. Düzdür, oksigenverici aparata qoşulmaq xəstənin vəziyyətinin ağır olduğunu göstərir, ancaq bu, xəstənin sağalması üçün şans yaradır. Əlbəttə, aparata ağır xəstələr qoşulduğu üçün onlarda ağırlaşma və ölüm halları çox olur”. Axar.az