Astroloqların proqnozlarına görə, ayın ilk günlərində bəzi bürclərin həyatı sanki “cənnətdən gələn hədiyyə” ilə işıqlanacaq.
NOCOMMENT.az xəbər verir ki, bu dövrdə gözlənilməz şans, sevindirici xəbərlər və yeni imkanlar ön plana çıxır.
Qoç – Qapılar üzünüzə geniş açılacaq. Gözləmədiyiniz anda gələn bir təklif həyatınıza yeni istiqamət verə bilər. İş və maliyyə sahəsində müsbət dəyişikliklər ehtimalı böyükdür.
Əkizlər – Uzun müddətdir gözlədiyiniz bir xəbər nəhayət sizə çata bilər. Ailə və dost çevrənizdə xoş anlar yaşanacaq. Ən əsası isə, planlarınızın gerçəkləşməsi üçün lazımi dəstək əldə edəcəksiniz.
Şir – Ulduzlar sizin tərəfinizdədir. Sevgi və münasibətlərdə gözəl anlar, həm də iş həyatında irəliləyişlər mümkündür. Sizə ediləcək kiçik, amma dəyərli bir jest, ayınızı işıqladır.
Oxatan – Səfərlər, yeni tanışlıqlar və maraqlı imkanlar qapınızda. Bu dövrdə intuisiya sizə yol göstərəcək. Qəfil sürprizlər həyatınıza rəng qatacaq.
Balıqlar – Ruhunuz dinclik tapacaq. Həm şəxsi münasibətlər, həm də iş sahəsində yeni nəfəs hiss olunacaq. Sizə edilən dəstək və diqqət, özünüzü “cənnətdə” kimi hiss etdirəcək.
Oktyabrın əvvəlində bu bürclərə ulduzların hədiyyəsi həm maddi, həm də mənəvi sferada özünü göstərəcək.