Okuklu Holdinq-in direktoru adam döyüb? – Açıqlamabackend

Okuklu Holdinq-in direktoru adam döyüb? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda inşaat materialları satışı ilə məşğul olan “Okuklu Holdinq”in direktoru və müavininin xuliqanlıq zəminində adam döydükləri iddia edilir.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Daş karxanası küçəsində baş verib. Şikayətçi 1973-cü il təvəllüdlü Azad Zeynalov 17-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, “Okuklu İnşaat” MMC-nin direktoru, 1980-ci il təvəllüdlü Özkan Şam Rehman və onun qohumu, 1972-ci il təvəllüdlü Turan Yüzel Ferman onu xuliqanlıq zəminində döyüblər.

Türkiyə vətəndaşları olan Özkan və Turan saxlanılıb. İfadələri alındıqdan sonra sərbəst buraxılıblar. Turan Yüzel Ferman həm də “Okuklu İnşaat” MMC-də direktor müavinidir.

Özkan Rehman açıqlamasında bildirib ki, hadisənin onunla əlaqəsi yoxdur: “Həmin şəxs bizim mağazanın arxasındakı ərazidə yaşayır. Biz oranı asfaltlamışıq, müəyyən texnikalarımızı və məhsulları yığmışıq. Qanunla da həmin ərazi bizimdir. Lakin həmin şəxs deyir ki, “biz burada 20 ildir yaşayırıq və buranı asfaltlamayın, texnika saxlamayın”. Həmin gün də o sakin mağazanın arxasında avtomobilini park edərək bizim yük maşınlarının girişinə və materialları boşaltmasına maneə yaradıb. Buna görə də mağazanın mühafizəçisi ilə aralarında mübahisə olub. Amma mən və müavinim orada olmamışıq, mən həmin şəxsi tanımıram”.

Faktla bağlı araşdırma davam etdirilir.