Olaf Şolts: Hakim koalisiyanın populyarlığı Ukraynaya dəstək səbəbindən aşağı düşübbackend

Olaf Şolts: Hakim koalisiyanın populyarlığı Ukraynaya dəstək səbəbindən aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada hakim koalisiya Ukraynaya verdiyi dəstək və anti-Rusiya sanksiyaları səbəbindən almanlar arasında populyarlığını itirir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri ARD telekanalına müsahibəsində kansler Olaf Şolz deyib.

“Bir çox insan Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalarla razılaşmır. Bu, seçkinin nəticələrində də özünü göstərir. Amma bizim alternativimiz yoxdur”, – Şolz bildirib.

İyunun 21-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Almaniya ABŞ-a şübhəsiz etimad göstərdiyi üçün iqtisadi rəqabətqabiliyyətlilik reytinqində Bəhreyn və İslandiyadan aşağı düşüb.